"Mançester Yunayted"in kapitanı Pol Poqba "Barselona" azarkeşidir. 

Offsideplus.az xəbər verir ki, bu barədə fransız futbolçunun qardaşı Florenten Poqba məlumat verib. O, bildirib ki, uşaqlıqdan qardaşı ilə birlikdə Kataloniya klubuna azarkeşlik edirlər:

"Braziliyalı Ronaldo, Ronaldinyo, Zidan və Anri ən sevdiyimiz oyunçular idi. Daim onların oyununu izləyirdik. Hər zaman "Barselona", "Real" və ya "Arsenal"dan birində oynamaq istəmişik. Azarkeşlik etdiyimiz komanda isə "Barsa" olub".

Qeyd edək ki, Poqbanın yayda "Real"a keçəcəyi gözlənilir. Hətta artıq 26 yaşlı futbolçunun "kral klubu" ilə şəxsi müqavilənin şərtlərini razılaşdırdığı iddia olunur. O, yeni komandasında ilinə 12milyon avro qazanacaq.(qol.az)