İngiltərənin "Liverpul" klubunun ulduz futbolçusu Məhəmməd Salah dini təhqirlərə məruz qalıb.
Offsideplus.az "Mirror"a istinadən xəbər verir ki, 27 yaşlı hücumçu İngiltərə Premyer Liqasının XXV turunda "Vest Hem"lə səfər oyununda təhqir olunub. Sosial şəbəkələrdə misirli oyunçunun dini mənsubiyyətinə görə təhqir olunduğu video da yayılıb.
Polisin hadisə ilə bağlı məlumatlandırıldığı bildirilib. "Vest Hem" rəsmiləri həmin şəxslərin ömürlük stadiona girişinin qadağan olunacağını vəd edib.
Qeyd edək ki, qarşılaşma 1:1 hesabı ilə başa çatıb. "Liverpul" hazırda 62 xalla turnir cədvəlində ikincidir.