İngiltərə Premyer Liqasında yanvar ayının ən yaxşı futbolçusu məlum olub.

Offsideplus.az xəbər verir ki, “Liverpul”un hücumçusu Məhəmməd Salah, İngiltərə Peşəkar Futbolçular Assosasiyası tərəfindən keçirilən səsvermədə yanvar ayının ən yaxşı futbolçusu seçilib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Misirli futbolçu yanvar ayında iştirak etdiyi 4 oyunda 3 qolla yadda qalıb.