"Yuventus"un yarımmüdafiəçisi Duqlas Kosta İngiltərəyə köçə bilər. Offsideplus.az xəbər verir ki, "Mançester Yunayted" 28 yaşlı vingerin xidmətində maraqlıdır.

"Qırmızı şeytanlar" qış fasiləsində heyətini Braziliya millisinin üzvü ilə gücləndirmək niyyətindədir. İngilislər bu keçid müqabilində qarşı tərəfə 60 milyon avro təklif edib. "Yuventus" isə MY-dən Pol Poqbanı almaq fikrindədir. Turinlilər fransalının alınmasına qarşılıq Kostanı əks istiqamətə göndərməyin əleyhinə deyil.

Qeyd edək ki, Duqlas Kosta bu mövsüm "Yuventus"un heyətində 16 oyun keçirib, 2 məhsuldar ötürmə ilə yadda qalıb.(matc.az)