Qarabağ-ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Sporting-in qapıçısı Romen Salen zədələnib.

Ooffsideplus.az xəbər verir ki, qolkiper Portuqaliya Primeyrasının VII turunda “Portimonensi” ilə səfər oyununun 45-ci dəqiqəsində başından zərbə alıb. Salen qapıya gələn topu dəf etmək istəyərkən dirəklə toqquşaraq meydanı xərəkdə tərk edib. 

Oyundan birbaşa xəstəxanaya aparılan qolkiper gecəni həkim nəzarəti altında keçirib. Həkimlər onun vəziyyətinin yaxşı olduğunu bildiriblər.

Qeyd edək ki, oyun Sporting-in məğlubiyyəti ilə yekunlaşıb – 4:2.