Mediada "Mançester Yunayted"in Kerem Aktürkoğlunu transfer etmək istəyilə bağlı iddialar yayılmışdı. 

Offsideplus.az xəbər verir ki, "Benfika"nın baş məşqçisi bu fikirlər haqqında açıqlama verib: 

"İşlərin sürətli inkişaf etdiyi zamanda, yaxşı olanlar qazananlar və son qolları vuranlar olur. Ən önəmli şeyin "Benfika" olduğunun fərqinə varmalıyıq. Keremin əsas hədəfi burda möhtəşəm karyeraya sahib olmaqdır".

Qeyd edək ki, türk ulduz Portuqaliya təmsilçisinin heyətində 5 matçda meydana çıxıb və 4 qola, 2 məhsuldar ötürməyə imza atıb.