"Sabah" klubunun sabiq futbolçusu Filip İvanoviç Offsideplus.az-a müsahibə verib.
Müsahibəni təqdim edirik:
- 3 il "Sabah"da oynayıb, klubdan ayrıldın. Səbəb nə idi?
- Doğrudur, "Sabah"da 3 il oynadım... Müqaviləmin müddəti başa çatandan sonra, qarşılıqlı razılıq olsa da, müqaviləni yeniləyə bilmədik... Hər kəs öz yoluna getdi, lakin mən "Sabah"ın böyük azarkeşki olaraq qalıram. Onlara hər zaman ən yaxşısını arzulayıram.
- Azərbaycandakı günlərini necə xatırlayırsan?
- Daha çox pozitiv şeyləri xatırlayıram... Bakıda qaldığım zaman qızım dünyaya gəldi... Azərbaycanlılarla birlikdə yaşamışıq, koronavirus pandemiyası və müharibə zamanı həyat boyu davam edəcək dostlar qazandıq. O üç ildən qürur duyuram. Yaxşı imza qoyub getdiyimin göstəricisi idi ki, azərbaycanlılar, "Sabah" azarkeşləri, digər klubların rəsmiləri mənimlə əlaqə saxlamağa davam edir. Lakin Azərbaycanda yalnız "Sabah" üçün oynayardım.
- İki ildir Bakıdan getmisən. Həyatında nə dəyişib?
- İki il keçib, lakin mütləq bir gün qayıdacam. Çünki Serbiyadan əlavə, Azərbaycan da mənim ikinci ölkəmdir... Dəyişən odur iki, iki yaş qocalmışam, lakin hələ də təcrübəli və daha yaxşı oyunçuyam. Hazırda Asiya klubunda çıxış edirəm. Titul və kubok qazanmaq arzusu ilə Çempionlar Liqasında iştirak edirik.
- Klub prezidenti Maqsud Adıgözəlovla münasibətin necə idi?
- Maqsud prezident barədə təəssüratlarım gözəldir... O, "Sabah"ı yeni səviyyəyə çıxardı və tam hörmətə layiqdir. Biz - keçmiş futbolçular indiki güclü "Sabah"ın yaranma prosessi olmuşuq. Bundan qürur duyuram.
- Azərbaycandan transfer təklifləri almısan?
- Bəli, Azərbaycanın 2-3 klubunundan təklif almışdım. Lakin heç bir klubla danışıqlar aparmadım. Orada yalnız bir kluba məxsusam.
- "Sabah" Konfrans Liqasında mübarizəni dayandırdı... İzləmişdin?
- Əlbəttə, izləmişəm. "Sabah" ilk oyunda çox yaxşı oynadı... "Partizan" bir müddət böhranda idi, çempionatda işlər yaxşı getmirdi. Lakin bu klub hər il avrokuboklarda oynayır və belə situasiyalarda təcrübəsi böyükdür.
- Azərbaycan çempionatını izləyirsən?
- Azərbaycanda çempionat hələ yeni başlayıb. İkinci mərhələdən sonra top komandalara hücum edən klublar ələnəcəklər.
- Azərbaycan mətbəxi ilə aran necə idi?
- Qida məsələsində çox sadəyəm. İdmançı olduğum üçün adətən sağlam qidalanıram. Əlbəttə, dadlı yeməklər də yeməlisən, lakin mənim pəhrizimdəki hər şey tərəvəz, protein və karbohidratlardan ibarətdir.
- Azərbaycandakı dostlarınla danışırsan?
- Daha çox "Sabah"ın futbolçuları və işçiləri ilə danışıram. Gözəl insanlardır.
- Azərbaycanda başına gələn maraqlı əhvalat var?
- Xüsusi bir şey qeyd etməzdim...
- "Sabah" azarkeşlərinə nə demək istərdin?
- Onlara dəstəkləri üçün təşəkkür edirəm. Mənim İnstaqram hesabımda xoş sözlər yazırlar. Onların hər birinə sağlamlıq və uğur arzu edirəm, klubu dəstəkləməyə davam etsinlər. Ümid edirəm, gələcəkdə bir-birimizi görərik.