“Neftçi Peşəkar Futbol Klubu” MMC ötən ili 959 min manat mənfəətlə başa vurub.

Offsideplus.az klubun maliyyə hesabatına istinadən xəbər verir ki, 2019-cu il “Neftçi Peşəkar Futbol Klubu”nun əməliyyat gəlirləri 12,5 milyon manat (əvvəlki ilə nisbətən 11,3% çox), əməliyyat xərcləri 11,5 milyon manat (18,2% çox), maliyyə xərcləri isə 4 min manat (40% az) təşkil edib.

Bu il yanvarın 1-nə “Neftçi Peşəkar Futbol Klubu”nun aktivləri 18,6 milyon manat olub ki, bu da illik müqayisədə 22,1% çoxdur. Hesabat dövründə Klubun öhdəlikləri 63,6% azalaraq 965 min manata düşüb, balans kapitalı isə 40,1% artaraq 17,7 milyon manata çatıb.

Xatırladaq ki, “Neftçi Peşəkar Futbol Klubu” kommersiya qurumu ilə 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 600 manatdır.