"İnter" "Mançester Siti"nin hücumçusu Qabriel Jesusu heyətinə qatmaq niyyətindədir.
Offsideplus.az xəbər verir ki, Milan klubu yaxın günlərdə qarşı tərəflə danışıqlara başlayacaq.
Bildirilir ki, “İnter” braziliyalı futbolçusu üçün 60 milyon avro ödəməyə hazırdır. “Şəhərlilər” oyunçunu satmaq istəməsə də, klubun avrokuboklardan kənarlaşdırılması Jesusun getməsinə səbəb ola bilər. A Seriyası təmsilçisi Lautaro Martinesin ayrılacağı təqdirdə, Qabrieli tarnsfer edəcək.
23 yaşlı hücumçu ilə daha əvvəl “Yuventus”un da maraqladığı söylənirdi.