“Zirə” 2019/20 mövsümünün ikinci yarısının baş tutan 6 oyununda 7 qol vurub.

Offsideplus.az xəbər verir ki, “Qartallar” “Səbail”lə görüşdə üç, “Sabah”la matçda iki qol vurubsa, “Sumqayıt”la “Qəbələ”ni bir dəfə məyus edib. 2016/17 mövsümündən indiki formatda (8 klub, 4 dövrə) keçirilən Premyer Liqada III dövrənin ilk 6 oyunu üçün komandamızın rekordudur. Futbolçularımız üç il əvvəlki göstəricini təkrarlayıb. Belə ki, “Zirə” yalnız 2016/17 mövsümündə III dövrənin 6 matçında 7 qol vurub. Digər iki mövsümün bu bölümündə isə daha az qol qeydə alınıb.⁣

Qeyd edək ki, III dövrənin 6 turundan sonra koronavirus pandemiyası üzündən dayandırılan Premyer Liqa iyunun 21-də davam etdiriləcək.⁣