“Arsenal” koronavirus pandemiyasına görə dayandırdığı məşqləri bərpa etmək niyyətindədir.

Offsideplus.az xəbər verir ki, London təmsilçisinin üzvləri 24 saat ərzində koronavirus testindən keçəcəklər.

Nəticələr müsbət olsa, "topçular" mayın 20-də məşqlərə start verəcəklər.

Qeyd edək ki, koronavirusa görə dayandırılan İngiltərə Premyer Liqasında 2019/20 mövsümünün nə vaxt bərpa olunacağı hələ bəlli deyil.