AFFA koronavirus pandemiyası səbəbindən yarımçıq dayandırılan 2019/20 mövsümü ilə bağlı qərarını bu gün açıqlayacaq.
Offsideplus.az xəbər verir ki, AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov "apasport.az"a açqılamasında bildirib ki, qurum qeyri-müəyyənliklə bağlı alınan qərarları gün ərzində ictimaiyyətə təqdim edəcək: “Bu gün bütün məlumatlar AFFA-nın saytına çıxacaq. Hər şey orada ətraflı qeyd olunacaq”.
Qeyd edək ki, Azərbaycanda bütün futbol yarışları martın 13-də dayandırılıb.