Merih Demiral karyerasını Fransada davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, türkiyəli futbolçu ilə "Lion" yaxından maraqlanır.
Liqa 1 təmsilçisi növbəti mövsüm heyətini bütövlüklə yeniləmək niyyətindədir. "Lion" ilk olaraq Merih Demiralı transfer etmək istəyir. Onunla yanaşı, siyahıda Robson Bambu ("Atletiko Paranaense"), Aissa Mandi ("Betis"), Maraş Kumbulla ("Verona") və Kevin Akpoqumanın ("Hoffenhaym") da adı yer alıb.
Qeyd edək ki, Merih Demiralın 2024-cü ilə qədər "Yuventus"la müqaviləsi var.