Növbəti mvsümə hazırlaşan "Qalatasaray" klubu heyətdə gəncləşdirmə siyasəti aparacaq.
Offsideplus.az "Skorer"ə istinadən xəbər verir ki, İstanbul təmsilçisi komandada çıxış edən 30 yaşdan yuxarı futbolçular ilə yolları ayıracaq. "Cimbom"un baş məşqçisi Fatih Terimin istəyinə əsasən 5 ulduz futbolçu klubdan göndəriləcək.
Sözügedən futbolçular 33 yaşlı Naqatomo, eyni yaşda olan Mariano və Rayan Babel, o cümlədən 35 yaşlı Səlçuk İnandır. İcarə əsasında "Əl Nəsr"də çıxış edən 31 yaşlı Maykon da "Qalatasaray"dan göndəriləcək futbolçulardan biridir.
Belə ki, artıq braziliyalı futbolçu üçün "elçi" də var.
"Sambaçı" hazırda şərəfini qoruduğu Səudiyyə Ərəbistanı təmsilçisi tərəfindən sərbəst qalma məbləği ödənməklə transfer edilmək üzrədir.