Santo Antonio olaraq bilinən dağlıq bir ərazidə dünyaya göz açan Ronaldonun uşaqlıq illəri olduqca çətin keçib. Ailənin dördüncü övladı olaraq, planlanmamış şəkildə doğulan portuqaliyalının anası aşpazlıq edirdi, atası isə bağban idi.

2005-ci ildə alkoqolik bağımlılıqdan dünyasını dəyişən ata bu zamana kimi evi dolandıra bilmirdi.

Anası tərəfindən Kriştiano, bir Ronald Reyqa (keçmiş aktyor və ABŞ prezidenti - S.İ) fanatı olan atasında Ronaldo adını alan gənc futbolçu qısa müddət ərzində futbol sektorunun ən yaxşılarından biri olacaqdı. Valideynləri onu 7 yaşı olanda həvəskar komanda olan "Andorinya"nın aşağı yaş məktəbinə yazdırıb. Burada ilk dəfə futbolun sirlərini öyrənəcək, gələcəyi üçün şərait yaradacaqdı.

cristiano ronaldo andorinha 19t9ghohubkdf11qvdh9ul1yrr

Kriştianonun ilk məşqçisi olan Françisko Afonso onun haqda bu fikirləri səsləndirib:

"Komandaya ilk qoşulduğu gündən onun xüsusi istedadı olduğunun fərqinə varmışdım. Balaca, amma çox əzimli idi. Əvvəlcə müdafiəçi olaraq oynayırdı, lakin qısa müddətdə müxtəlif yerlərə adaptasiya oldu. İki ayağını da çox yaxşı istifadə edə bilirdi. Texnikalı və sürətli idi. Ən əsası da, həmişə stabil məşqlərində çıxış edirdi. Hər zaman topu istəyən o idi. Əgər oynamırdısa, dəli olurdu".

Ronaldonun hələ də dostu olan Rui Alvesin danışdıqlarına görə, o, futbola aşiq idi:

cristiano ronaldo andorinha ewl2qzec3jn915wu7sxf4ktmu

"Biz bütün günü həyətdə dostlarımızla oyun oynayardıq. Amma Ronaldonun seçimi həmişə futboldan yana idi. Onu başqa oyunlar oynamaq üçün də çağırırdım, amma Ronaldo ancaq futbol oynamaq istəyirdi. Getdiyimiz hər yerə topunu da aparırdı".

Beş dəfə "Ballon d'Or" mükafatının sahibi olan portiqaliyalı "Andorinya"da qısa müddətdə adından bəhs etdirməyi bacardı. Futbolçunun həmin müddətdə komanda yoldaşı olan və hələ də klubda işləyən Rikardo Ronaldonun rəqabət sevən biri olmasından danışıb:

"Küçədə həmişə ön planda o olardı. Gənc olanda bunu daha çox görə bilərdiniz. İstədiyi topları ala bilməsə, çox pis olardı. Hətta uduzanda ağlamaqdan çəkinmirdi".

"Andorinya"da Ronaldonun başına qəribə hadisələr də gəlib. Onlardan birini Rikardo nəql edir:

"Qarşılaşmaların birində ilk hissədə het-trik etdi. Amma fasiləyə doğru başından zədə alıb xəstəxanalıq oldu. Təcili olaraq xəstəxanaya çatdırıldı. Yarası sarıldıqdan sonra geri döndükdə isə komandasının 4:3 hesabı ilə məğlub olduğunu öyrəndi və şok yaşadı".

cristiano ronaldo andorinha vdxh9jqsqo0w1ia2n156v0cmp

Ronaldonun performansı qısa müddətdə bütün diqqətlərin onun üzərinə çəkilməsinə şərait yaratdı. "Nasional" onu izləməyə başladı. 12 yaşın bu klubun aşağı yaş komandasına transfer olunan bu çəlimsiz istedad ölkənin ən tanınmış hakimlərindən olan Joao Markuez de Freytaşın diqqətini çəkir. O, "Sportinq"in skautlarından olan Aurelio Pereyra əlaqə saxlayaraq bu gəncin transfer olunmasını tələb edir.

De Freytaş həmin hadisəni belə nəql edir:

"Ronaldo ilə 11 yaşı olanda tanış oldum. Onunla birgə babası gəlmişdi. Çox balaca, zəif və çəlimsiz idi. Mən də onu "Sportinq"in skautlarından biri ilə tanış etdim. Çox istedadlı olduğunu xüsusi vurğuladım. Daha sonra Ronaldonun anası ilə danışıb, bilet alıb, onu Lissabona yola saldıq. Aureliyo onu qarşıladı və Ronaldo orada 4 gün qaldı".

"Sportinq" skautları bu madeiralı uşaqdan razı qaldılar və qısa müddətdə onunla müqavilə imzalandı. Bu transfer "Nasional"ın "Sportinq"ə olan 25 min avroluq borcunun silinməsinə səbəb oldu. Bu rəqəm 11 yaşlı futbolçu üçün kifayət qədər yüksək olduğu üçün uzun müddət bu barədə ictimaiyyətə heç bir məlumat verilmədi. Anası razı olandan sonra Ronaldo Lissabona köçdü.

Ləhcəsinə görə komanda yoldaşları tərəfindən lağ obyektinə çevrilən Ronaldo ilk vaxtlar sıxıntılar yaşayırdı. De Freytaş həmin anları belə xatırlayır:

"İlk vaxtlar problemlər yaşadı, amma sahib olduğu iradəsinin köməkliyi ilə bunu öhtəsindən gəldi. O, həqiqi qalib və gənc yaşda qorxusuz bir əzmə sahib biri idi. Döyüşçü, küçə uşağı idi. Ata onun qədər xoşbəxt biri deyildi. Bu səbəbdən də Ronaldo uşaqlıq dönəmində çox problemlər yaşadı. Lakin hər zaman öhdəliklərinin fərqində oldu və bu proseslər onu olqunlaşdırdı".

Blatterin onun haqda dediklərinə belə cavab vermişdi Ronaldo: "Mən cavabımı meydanda verirəm".

Əslində fransalı mütəxəssis haqlı idi: "Ronaldo bir komandirdir!"

Uşaqlıq dostu Rui Ronaldonun hələ də dəyişmədiyini bildirib:

"İnsanlar onu tanıdıqlarını düşünürlər, amma yanılırlar. Onunla birlikdə vaxt keçirdiyimizdə nə qədər cömərt olduğunu görə bilərsiniz. O hələ də eyni insandır, heç vaxt dəyişmədi. Yadıma salanda gülümsəyirəm. Gənclik dövrümüzdə "Azores"dən çıxan Pauletanı izləyər, niyə bizim şəhərdən belə bir futbolçu çıxmasın ki, deyərdim. İndi madeiralılar olaraq ən yaxşısına sahibik. Kriştianonun bizə etdiklərinə görə, hər zaman minnətdar olacağıq".

Qısacası, 35 yaşlı ulduz futbolçu hər uğuru zamanı gözyaşlarını saxlaya bilməyəndə səfillik içində yaşadığı uşaqlıq illərini xatırlayır. Onunla birgə bu illərdən keçən Madeira əhalisin də ağladığına əmin ola bilərsiniz...