“İnter” klubu COVİD-19 epidemiyasına qarşı mübarizə məqsədilə növbəti yardım kampaniyasına başlayıb.

Offsideplus.az xəbər verir ki, Milan təmsilçisi 1 milyon qoruyucu maska yardımı etməyə qərar verib. 

200 min maska alınaraq İtaliyanın müxtəlif bölgələrinə göndərilib. Qalan 800 min maska isə qarşıdakı günlərdə tələbatın daha çox olduğu bölgələrə çatdırılacaq.