Məşhur tennisçi Arklon Uertas del Pinyo antidopinq qaydalarını pozmasına görə könüllü diskvalifikasiya edilib.

Offsideplus.az xəbər verir ki, perulu idmançı narkotik maddə səbəbi ilə bu qərarı qəbul edib. Perunun paytaxtı Limada 2019-cu ilin oktyabrında keçirilmiş turnirdə idmançının nümunəsi pozitiv çıxıb.

Del Pinyo 2019-cu il dekabrın 27-də ittiham edilib və bu il aprelin 8-də məhkəmədə günahını etiraf edib.