Parisdə keçirilən Olimpiya Oyunları davam edir. 

Offsideplus.az xəbər verir ki, sərbəst güləşçimiz, 97 kq çəki dərəcəsində mübarizə aparan Maqomedxan Maqomedov da 1/4 finala vəsiqə üçün mübarizə aparıb. Dominikan Respublikası idmançısı Luis Migel Pereslə üz-üzə gələn güləşçimiz rəqibinə heç bir şans verməyib və 9:0 hesabı ilə qələbə qazanıb. Maqomedov ikinci qarşılaşmasında Zbiqnev Baranovski (Polşa) ilə qüvvəsini sınayıb. O, bu dueldən də üstün ayrılıb. Rəqibini 7:2 hesabı ilə məğlub edən Maqomedxan yarımfınala yüksəlib.