Paris-2024 Yay Olimpiya Oyunları davam edir.

Offsideplus.az xəbər verir ki, Hacı Əliyev yarışa 1/8 finaldan başlayıb. Olimpiadaların gümüş və bürünc mükafatçısının ilk rəqibi meksikalı Ostin Qomes olub. Görüş idmançımızın qələbəsi ilə başa çatıb - 7:0. Əliyev 1/4 finalda İsmail Musukayevlə münasibətinə aydınlıq gətirib. Lakin qarşılaşmada rəqib 10:3 hesabı ilə qalib gəlib.