“İrtış” klubu ölkə çempionatındakı çıxışını dayandırıb.
Offsideplus.az xəbər verir ki, bununla bağlı klub liqa rəhbərliyinə müraciət edib.
Klubun maddi öhdəlikləri yerinə yetirə bilmədiyi üçün çempionatda iştirakdan imtina etmək qərarına gəldiyi vurğulanıb. Buna görə "İrtış" çempionatdan uzaqlaşdırılıb.