"Latsio"nun yarımmüdafiəçisi Sergey Milinkoviç-Saviç karyerasını Fransada davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, serbiyalı yarımmüdafiəçi ilə PSJ yaxından maraqlanır.
25 yaşlı futbolçu üçün Paris klubu 60 milyon avro ödəməyə hazırdır.
"Latsio" serb yarımmüdafiəçini 100 milyon avroya satmağa razıdır.
Qeyd edək ki, Saviç bu mövsüm 31 oyunda 5 qol vurub, 5 assist edib.