“İnter” PSJ ilə Mauro İkardi üçün danışıqları davam etdirir.
Offsideplus.az xəbər verir ki, A Seriyası təmsilçisi oyunçuya 4 illlk müqavilə təklif edib. Argentinalı icarə əsasında mövsümü “İnter”də davam etdirir. Onun komandadan ayrılmaq istədiyi deyilsə də, rəhbərlik İkardini heyətdə saxlamaq niyyətindədir.
“İnter” müqavilə ilə PSJ-yə məxsus olan hücumçu üçün qarşı tərəfə 55 milyon avro təklif edib. Ancaq Paris klubu 60 milyon tələb edir. Tərəflər arasında danışıqların davam etdiyi və razılığın əldə olunacağı bildirilir.
Milan təmsilçisinin İkardiya illik 10 milyon avro maaş verməyə hazır olduğu vurğulanıb.