"FourFourTwo" nəşri dünya futbolunda ən çox nifrət edilən şəxslərin siyahısını dərc edib.
Offsideplus.az xəbər verir ki, ilk sırada FIFA-nın sabiq prezidenti Yozef Blatter qərarlaşıb. "Tottenhem"in baş məşqçisi Joze Mourinyo ikinci, Almaniya yığmasının sabiq qolkiperi Harald Şumaher isə üçüncü olub.
Ən çox nifrət edilən futbol adamları, "ilk onluq":
1. Yozef Blatter (FIFA-nın sabiq prezidenti)
2. Joze Mourinyo ("Tottenhem"in baş məşqçisi
3. Harald Şumaher (Almaniya millisinin sabiq qolkiperi)
4. Mişel Platini (UEFA-nın sabiq prezidenti)
5. Riçard Kiz (jurnalist)
6. Kriştiano Ronaldo ("Yuventus"un futbolçusu)
7. Luçano Mocci ("Yuventus"un sabiq icraçı direktoru)
8. El-Haci Diuf ("Liverpul"un sabiq futbolçusu)
9. Pit Uinkelmen (MK Dons-un sahibi)
10. Con Terri ("Celsi"nin sabiq futbolçusu)