PSJ klubu koronavirusla mübarizədə Paris xəstəxanalarına kömək edib.
Offsideplus.az xəbər verir ki, paytaxt təmsilçisi Paris xəstəxanalarında çalışan işçilərə pulsuz yemək paylayır. Belə ki, parislilər hər gün 60 maşınla 1200 nəfərlik pulsuz yemək çatdırır.
PSJ bu günə qədər 7 fərqli xəstəxanaya 5 min qabdan çox yemək paylayıb və bu rəqəm aksiyanın sonunda 25 minə çatacaq.