“Bornmut” klubu beş futbolçusu ilə yollarını ayıracaq.
Offsideplus.az xəbər verir ki, Cermeyn Defo, Rayan Freyzer, Tayrell Hemilton, Cordon Ayb və Çarli Simenin iyunun 30-da bitəcək müqavilələrinin yenilənməyəcəyi bildirilib.
Qeyd edək ki, “Bornmut” Premyer Liqada 31 turdan sonra 18-ci sıradadır.