"Zirə" klubu 2019-cu ilin maliyyə hesabatlarını açıqlayıblar.
Offsideplus.az xəbər verir ki, "Zirə" ötən ili 57 min manat xalis mənfəətlə başa vurub.
Ötən il "Zirə Peşəkar Futbol Klubu"nun əməliyyat gəlirləri 4 milyon manatdan çox (əvvəlki ilə nisbətən təxminən 15% çox), əməliyyat xərcləri 4 milyon manata yaxın (yenə də təxminən 15% çox), fövqəladə xərcləri 5 min manat (2 dəfə çox), mənfəət vergisi ödəmləri isə 14 min manat (təxminən 34% çox) təşkil edib. Bu il yanvarın 1-nə "Zirə Peşəkar Futbol Klubu"nun aktivləri 193 min manat olub ki, bu da illik müqayisədə təxminən 74% çoxdur.