"Bavariya"nın sabiq üzvü Aryen Robbenin yeni klubu bəlli olub.
Offsideplus.az xəbər verir ki, 36 yaşlı niderlandlı futbolçu ilk klubu olan "Qroninqen"ə keçib.
Bu barədə Robben özü sosial şəbəkə hesabında məlumat verib.
Qeyd edək ki, futbolçu 2000-2002-ci illər aralığında "Qroninqen"də çıxış edib.