İngiltərə Futbol Liqası (EFL) növbəti koronavirus testlərinin nəticələrini açıqlayıb.

Offsideplus.az-ın EFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, Çempionşipdəki 24 klubun 2 213 nümayəndəsindən analiz götürülüb. Onlardan 8-də nəticə müsbət olub. Adları açıqlanmayan həmin şəxslərin hamısı özlərini təcrid edib.

Qeyd edək ki, Çempionşipdə mövsüm iyunun 20-də bərpa olunacaq. Daha əvvəl iyunun 11-də 6 nəfərdə koronavirus aşkarlandığı açıqlanıb.