İngiltərə Premyer Liqasının oyunlarını idarə edəcək hakimlər və onların köməkçiləri bu həftə ilk dəfə koronavirus testindən keçəcəklər.

Offsideplus.az xəbər verir ki, referilərdən test yaşadıqları evə yaxın olan klubun bazasında götürüləcək.

Koronavirusa yoluxduğu aşkarlanan hakim mövsümün sonuna qədər təyinat almayacaq.

Digərləri çempionatın bərpası ərəfəsində ikinci dəfə test verəcəklər.

Premyer Liqada çıxış edən klubların futbolçuları və işçilərindən isə 4-5 iyunda 1195 test götürülüb, heç kimdə virus tapılmayıb.

Qeyd edək ki, martda dayandırılan Premyer Liqa iyunun 17-də təxirə salınmış oyunlarla bərpa olunacaq.