Portuqaliya millisinin keçmiş futbolçusu Nunu Qomeş Türkiyənin “TRT Spor” telekanalına müsahibə verib.

Offsideplus.az  xəbər verir ki, keçmiş hücumçu “Qarabağ”ın Konfrans Liqasında “Gent”lə (Belçika) keçirəcəyi oyunlara da toxunub:

“Qarabağ” öz ölkəsində turnir cədvəlində birincidir və Konfrans Liqasında “Gent”lə üz-üzə gələcək.

Klub prezidenti kluba çox sərmayə qoyur və bu, gec-tez bəhrəsini verəcək. Bu komandaya bir neçə portuqaliyalı, braziliyalı və qanalı futbolçu qoşulub. Onlar yaxşı işləyirlər və əminəm ki, daha uğurlu nəticə qazanacaqlar”.

Qeyd edək ki, “Qarabağ” və “Gent” arasında ilk oyun fevralın 16-da Bakıda, cavab görüşü isə fevralın 23-də Belçikada keçiriləcək.