"Zirə" klubunun hücumçusu Mohamed Hamdauinin Offsideplus.az-a müsahibəsi...

– "Zirə"dəki hazırkı durumundan razısan?

– Düşünürəm ki, biz hələ də tam səviyyəyə çata bilməmişik. Çünki bundan da artığını istəyirik.

– Niderland kimi ölkənin yüksək liqasında oynamış bir oyunçusan və oradan buraya gəlmək necə hissdir?

– Bura da olmaq əla hissdir. Yaxşı futbol oynayırıq. Bu, mənim xoşuma gəlir.

– Rəşad Sadıqovla işləmək necədir?

– Rəşad Sadıqov bizə çox özgüvən verir. Həm də yaxşı futbol oynamağımıza şərait yaradır.

– Bir müddət klubsuz qaldın. Bunun səbəbi nə idi?

– Yayda daha yaxşı təklif gözlədiyim üçün 2 həftə klubsuz qaldım.

– Xarici klublardan transfer təklifi alırsan?

– Bəli. Çoxlu təkliflər almışam.

– Mentalitetimizə uyğunlaşa bilmisən?

– Əlbəttə, uyğunlaşa bilirəm.

– Ölkəmizdə ən çox bəyəndiyin yemək hansıdır?

– Mən daha çox ətli yeməkləri xoşlayıram.

– Komandada ən yaxın dostun kimdir?

Mənim hamıyla yaxşı münasibətim var. Ancaq legionerlərlə aram daha yaxşıdır. Adı çəkiləsi olsa, Loris Broqnonu deyərdim. Çünki biz onunla eyni dildə danışırıq.

Cavid Əliyev