"Sumqayıt"ın üzvü Rüfət Abdullazadənin Offsideplus.az-a müsahibəsi

- Karantin genlərini necə keçirirdin?
- Hər kəs kimi evə qallırdım. Video görüntü vasitəsi ilə məşqlər də etməyə çalışırdım.

- Özünçün hansısa əyləncə növü tapmısanmı? Çox adam hazırda virtual oyunlarla başını qatır...
- Pleyşteyşında GTA oynayırdım. Daha çox PUBG vaxt sərf edirəm. Arada da filmlərə baxırdım.

- Evdən çıxmamaq gənc bir futbolçu üçün necə bir hiss idi?
- Məlum səbəblərə görə, evdə qalmaq məcburiyyətində idi. Həm öz, həm də yaxınlarımızın sağlamlığı üçün. Düşünürəm ki, bu situasiya idmançılar üçün daha çətin idi. Biz günümüzün yarısını məşq zallarında, stadionda keçirdik. Birdən birə evdə qaldıq və bu, çətin idi.

- Futbolsuz qalmaq necə bir hissdir?
- Çox piss duyğudurı. Televizorda, telefonda futbol videoları izləyirəm. Bu, daha çox darıxdırır adamı. Hərdən köhnə oyunlarımıza baxıram, azarkeşlərimizdən ötrü burnumun ucu göynəyir. Bir an öncə çempionatımızın başlamasını istəyirəm. Futbol üçün çox darıxmışam.

- Premyer Liqamızın başlayıb-başlamayacağı hələ də bilinmir...
- Hamı kimi mən də liqamızın bərpa olunmasının tərəfdarıyam. Ümid edirəm ki, bu, baş verəcək.

2 aya yaxın müddətdə futbolsuz qalmaq hansısa psixoloji problemlərin yaranmasına səbəb olmayacaq səndə?
- Psixoloji nəsə olmayacaq. Amma oyunlar başlasa, hamımız fiziki problemlər yaşaya bilərik. Məşqlər bərpa olundan sonra yavaş-yavaş hər şey yoluna düşəcək.

- Komandanın ən çox nəyi üçün darıxmısan? Ümumiyyətlə, hansı futbolçular tez-tez ünsiyyət qurursan?
- Paltardəyişmə otağında həmişə maraqlı söhbətlər olur, komanda yoldaşlarımızla deyib-gülürük. "Sumqayıt"da hamının bir-biri ilə arası çox yaxşıdır. Təcrübəli və yaşlı futbolçulara hörmətimiz sonsuzdur. Lakin mən daha çox gənclərlə ünsiyyətdə oluram. Onlarla rahat zarafatlaşır, söhbət edirik.