"Sabah" ötən gün Umarali Raxmonaliyevi birdəfəlik heyətinə cəlb edib.
"Transfermarkt" portalında onun üçün "Rubin"ə 400 min avro ödəndiyi yazılıb.
Lakin bu, həqiqəti əks etdirmir.
Klubdan "Offsideplus.az"a verilən məlumata görə, onun özbək futbolçu üçün 300 min avrodan daha az bir məbləğ ödənilib.
Qeyd edək ki, U. Raxmonaliyev artıq bir ildir "Sabah"ın heyətindədir. O, burada 36 oyunda 3 qol vurub və 6 məhsuldar ötürmə edib.



