Misli Premyer Liqasının XIV turunda bu gün "Sabah" "Neftçi"ni qəbul edəcək.

"Bayquşlar" bu qarşılaşmaya itkilərlə çıxacaq. 

Bu barədə Offsideplus.az saytına açıqlamasında klubun mətbuat katibi Elnur Həmidov məlumat verib.

O bildirib ki, Pavol Şafranko, Zineddin Uld Xaled, Neqoş Kupusoviç, Boyan Letiç “Neftçi”yə qarşı oyunda zədə səbəbindən iştirak etməyəcək.

Cesse Sekidika və İvan Lepinitsanın oynayıb-oynamayacağı isə məlum deyil.

Qeyd edək ki, “Bank Respublika Arena”da keçiriləcək  “Sabah” - “Neftçi” matçı saat 20:00-da start götürəcək.