“Zirə”nin futbolçusu Ceyhun Nuriyevə Azərbaycan çempionatlarında 100-cü oyununa çıxması münasibətilə forma təqdim olunub.

Offsideplus.az xəbər verir ki, formanı “Zirə” futbol klubunun icraçı direktoru Cahangir Məmmədov təqdim edib.

Nuriyev Misli Premyer Liqasının 9-cu turunda “Sumqayıt”la görüşdə bu nəticəyə imza atıb.