“Özümüzü ağır oyuna hazırlamışdıq”.

Bunu Offsideplus.az saytına açıqlamaslnda “Sumqayıt”ın futbolçusu Rauf Rüstəmli deyib.

O, Misli Premyer Liqasının 8-ci turunda keçirilən "Sumqayıt" - "Karvan-Yevlax" oyunu ilə bağlı fikirlərini bölüşüb:

“Karvan” komandası sonuncu yerlərdə olsa da, oyunun çətin keçəcəyini bilirdik. Gördüyünüz kimi də ilk hissə 1:1 bitdi. İkinci hissəyə daha böyük motivasiya ilə başladığımız üçün oyunu çevirə bildik. Məşqçinin verdiyi tapşırıqları yerinə yetirməyə çalışdıq. Komanda olaraq maksimium şəkildə ən yaxşı nəticəni əldə etmək istəyirdik. Yuxarı pillələrdən qopmamaq üçün bu oyunda qələbə qazanmaq vacib idi”.

Qeyd edək ki, Saşa İliçin rəhbərlik etdiyi "kimyaçılar" “Karvan” üzərində böyük hesablı qələbə qazanıblar: 4:1.