"Sumqayıt" klubu Misli Premyer Liqasında 75-ci ev qələbəsini qazanıb.
Offsideplus.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) məlumat yayıb.
75-ci qələbə "Karvan-Yevlax"la oyuna təsadüf edib. "Kimyaçılar" rəqibini 4:1 hesabı ilə məğlubiyyətə uğradıb.
"Sumqayıt"ın ilk ev qalibiyyəti 2011/12 mövsümündə olub. Onlar 2011-ci ilin oktyabr ayında "Azal"ı məğlub etməyi bacarıb.



