"Sabah" klubu ötən gün "Karvan-Yevlax"la oyunda zədələnən Coy-Lens Mikelsin durumu barədə açıqlama yayıb.
Offsideplus.az xəbər verir ki, bəyanatda bunlar qeyd olunub:
"Mikels tam tibbi müayinədən keçib və daxili orqanlarında ciddi zədə və ya qanaxma aşkarlanmayıb. Həkimlərin rəyinə əsasən, ona qabırğa əzilməsi diaqnozu qoyulub. Futbolçunun bərpa müddəti yaxın günlərdə müəyyən ediləcək".
Qeyd edək ki, almaniyalı futbolçu aldığı zərbədən sonra ambulansla xəstəxanaya aparılmışdı.



