Cavid Hüseynov "Səbail"in baş məşqçi postuna təyin olunub.
Offsideplus.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.
36 yaşlı mütəxəssislə 2025/2026 mövsümünün sonuna qədər müqavilə imzalanıb.
C.Hüseynov noyabrın 13-də, saat 18:00-da komanda ilə ilk məşqinə çıxacaq. Məşqdən 15 dəqiqə öncə KİV nümayəndələri üçün “ASCO Arena”da brifinq təşkil ediləcək.
Qeyd edək ki, keçmiş futbolçu son olaraq “Turan Tovuz” klubunda baş məşqçinin köməkçisi vəzifəsində çalışıb.