"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Ayaks"a məğlub olduqları oyundan sonra (0:3) sosial şəbəkələrdə istefaya çağırılması ilə bağlı sualları cavablandırıb.
Offsideplus.az xəbər verir ki, mütəxəssis bu sözləri deyib:
"Bəlkə kimlərsə söhbət olsun deyə nəsə yazır. Onların "Qarabağ" azarkeşi olub-olmadıqlarını bilmirəm. Bu haqda nə fikir bildirə bilərəm? Deyiləcək sözüm yoxdur. Sağ olsunlar. Bilsinlər ki, istənilən sahədə çalışan azərbaycanlı mənim üçün dəyərlidir. Hansısa fikrinə görə həmvətənimə qarşı düşüncəm dəyişə bilməz. Hər kəsdən xahiş edirəm ki, mənə belə informasiyalar verməsin".