Misli Premyer Liqasının IX turunda "Sabah" "Araz-Naxçıvan"la heç-heçə etdi - 1:1.
Offsideplus.az xəbər verir ki, oyundan sonra qonaqların çalışdırıcısı Krunoslav Renduliç mətbuat konfransında iştirak etdi.
Mütəxəssis qələbə haqda bunları söylədi:
"Oyuna çox yaxşı başladıq. 5 dəqiqə sonra fərqləndik. Əfsuslar olsun ki, 3 dəqiqə sonra səhv etdik. Yaxşı olmaq istəyirsənsə, belə uşaq səhvləri etməməlisən. 35 metrlik uzun ötürmədən rəqib fərqlənir. Mən bunu şərh edə bilmirəm. İlk hissə bitənə kimi pis oynadıq. Sanki ayaqlarımız getmirdik. Rəqibdən uzaq qalırdıq. İkinci toplara gec qalırdıq. Fasilədən sonra daha yaxşı oynadıq. Enerji var idi. Səhvlər də etmədik. Nəticədə heç-heçə qeydə alındı".