"Mingəçevir"in İdarə Heyətinin sədri Nurlan Əhmədov bir müddət öncə saytımıza açıqlamasında klubun adının dəyişdiriləcəyini bildirmişdi.

Offsideplus.az xəbər verir ki, "şəhərlilər"in isminin "Kür-Nur" olacağı qeyd olunmuşdu. Redaksiyamıza daxil olan məlumata görə, bu proses baş tutmayıb. Klub "Mingəçevir" adından imtina etməyib. Bu məlumatı saytımıza açıqlamasında Nurlan Əhmədov da təsdiqlədi:

"Komandanın adının "Kür-Nur"olaraq dəyişdirilməsi planlanmışdı. Bununla bağlı Ədliyyə Nazirliyinə də müraciət etmişdik. Lakin, sənədləşmə məsələsi uzun çəkəcəyi üçün "Mingəçevir" adı ilə davam etməyə qərar verdik".