“Neftçi” daha bir transferini reallaşdırıb.

Offsideplus.az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi Rafael Quzzo artıq “Neftçi” ailəsinin üzvüdür. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

6 nömrəli formanı geyinəcək 29 yaşlı futbolçu ilə 2 illik müqavilə bağlanıb.

Yarımmüdafiənin mərkəzi ilə yanaşı, hücumameylli və dayaq yarımmüdafiəçisi kimi oynamağı bacaran Quzzo Portuqaliyanın müxtəlif, həmçinin 21 yaşadək futbolçulardan ibarət milli komandalarının üzvü olub. “Benfika”nın B komandasında, həmçinin bu ölkənin “Şaves”, “Tondela”, “Famalikan” klublarında çıxış etmiş futbolçu Portuqaliya yüksək liqasında 100-ə yaxın oyun keçirib. O, İspaniya 2-ci La Liqasında və Braziliya A Seriyasında da oynayıb.