Misli Premyer Liqasının I turunda "Turan Tovuz" səfərdə "Neftçi"nin qonağı olub və oyunda 0:0 hesablı heç-heçə qeydə alınıb.

Offsideplus.az xəbər verir ki, oyundan sonra Tovuz təmsilçisinin baş məşqçisi Kurban Berdiyev mətbuat konfransında iştirak edib.

"Güman etmişdik ki, oyun çətin olacaq. "Neftçi" yaxşı komandadır. Oyun bizim çatışmayan tərəflərimizi göstərdi, gördük ki hansı istiqamətlərdə çalışmaq lazımdır. Ümumiyyətlə, uşaqların oyuna can qoymağından razı qaldım".