Misli Premyer Liqasında 2023/24 mövsümü başa çatıb. Növbəti “futbol ili”ndə avrokuboklarda iştirak edəcək komandalar artıq bir müddət sonra hazırlıqlara başlamalıdırlar. 

Ötən mövsüm böyük uğura imza ataraq Konfrans Liqasına vəsiqə qazanan “Sumqayıt”ın planı bəllidir? “Kimyaçılar” təlim-məşq toplanışı harada keçəcək? Sualımızı klubun mətbuat xidmətinin rəhbəri Zaur Xudiyevə ünvanladıq. “Sumqayıt” rəsmisi Offsideplus.az-a açıqlamasında bunları söylədi:

 “Komanda böyük ehtimalla İyunun 15-indən sonra toplaşacaq. Məşqlərə Sumqayıtda start verəcəyik. Xaricdə toplanışın olub-olmayacağı, nə vaxt başlayıb, nə vaxt bitəcəyi barədə dəqiq məlumatımız yoxdur. Rəsmi qərar verildiyi anda ictimaiyyətə açıqlama veriləcək”.