"Araz-Naxçıvan" Misli Premyer Liqasının 20-ci turunda "Karvan-Yevlax"ı iki cavabsız qolla məğlub edib.
Offsideplus.az xəbər verir ki, Naxçıvan təmsilçisinin baş məşqçisi Andrey Demçenko qələbəni şərh edərkən rəqibin ciddi müqavimət göstərdiyini, lakin səbirli oyun sayəsində nəticə qazandıqlarını vurğulayıb.
Mütəxəssis ikinci hissədə edilən taktiki dəyişikliklərin bəhrə verdiyini və futbolçularının sona qədər mübarizə apardığını qeyd edib. Dubl edərək matçın qəhrəmanı olan Felipe Santosun performansına toxunan Demçenko, oyunçunun öz üzərində çalışaraq yenidən əsas heyətə qayıtdığını bildirib.
Klub prezidenti Ramin Axundovun axtarışa verilməsi ilə bağlı sualı cavablandıran baş məşqçi, bu məsələdən xəbərsiz olduğunu və komandanın işinə təsir etmədən məşqlərini normal qaydada davam etdirdiyini deyib.



