Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda cüdo üzrə böyüklər arasında Avropa Kubokuna start verilib.
Offsideplus.az Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, ilk yarış günündə Azərbaycan milli komandasının üzvü Günel Həsənli fəxri kürsüyə yüksəlib.
78 kq çəki dərəcəsində çıxış edən xanım cüdoçumuz bürünc medala layiq görülüb.
30 ölkədən 306 cüdoçunun mübarizə apardığı turnirdə ölkəmizi 8 qadın idmançı təmsil edir.
Paralel olaraq, Avstriyanın Qrats şəhərində cüdo üzrə gənclər arasında Avropa Kuboku başlanıb.
Bu yarışın birinci günündə də qazancımız bir medal olub.
Belə ki, Nigar Süleymanova (+78) gümüş medal qazanıb.
Avropa Kubokuna 23 ölkədən 435 idmançı qatılıb. Azərbaycanın idman şərəfini Avstriyada 8 cüdoçu qoruyur.