Çempionluq yarışında qalmaq üçün bu gün "Qaziantep"i mütləq məğlub etməli olan "Qalatasaray" ciddi təhlükə ilə üz-üzədir.

 Offsideplus.az xəbər verir ki, Muslera, Andone, Markao, Donk və Adem Büyükün xidmətindən bu gün yararlana bilməyəcək "Cimbom" daha bir zərbə ala bilər.

Belə ki, komandanın digər aparıcı üzvləri - Seri, Mariano və Fequli bu gün sarı vərəqə görəcəkləri təqdirdə növbəti turda "Başakşəhər" səfərində forma geyinə bilməyəcəklər.

Baş məşqçi Fatih Terim futbolçularına bununla bağlı xəbərdarlıq edib və futbolçulara çox diqqətli olmalarını tapşırıb.

Qeyd edək ki, "Qalatasaray" - "Qaziantep" matçı bu gün Bakı vaxtı ilə 22:00-da başlayacaq.