İngiltərənin ikinci nüfuzlu çempionatı olan Çempionşipdə mübarizə aparan klubların kollektivləri koronavirus testindən keçiblər.

Offsideplus.az xəbər verir ki, son 72 saatda bütövlükdə 24 komandada oynayan və çalışan 1014 nəfərdən analiz götürülüb. Bu testlərdən yalnız ikisinin nəticəsi müsbət çıxıb.

Koronavirusun aşkarlandığı şəxslər karantinə alınıblar və müalicələri davam etdirilir.