"Formula 1"də çıxış edən "McLaren" komandasının yeni pilotu Daniel Rikkardonun qazancı müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, Böyük Britaniya komandası ilə 2+1 illik müqavilə imzalayan avstraliyalı sürücünün maaşı hər mövsüm üçün 10 milyon avro təşkil edəcək.
31 yaşlı pilot 2021-ci ildən hər xala görə 400 min avro, qələbəyə görə isə 1 milyon avro bonus qazanacaq.